Göbələyi bir də belə hazırlayın – Dietik və dadlı Resept
Yemək Reseptləri

Göbələyi bir də belə hazırlayın – Dietik və dadlı Resept

Göbələk dadlı olmaqla yanaşı həm də aşağı kalorili qida olsuğu üçün bir çox insanlar tərəfindən rahatlıqla istifadə edilir.

1Arada.az sizə fərqli və dadlı göbələk yeməyinin reseptini təqdim edir:

Tələb olunan ərzaqlar:
Şampinyon göbələyi  – 800 qr
Sarımsaq  – 3 diş
Ədviyyat qarışığı – 1 ç/q

Duz, istiot zövqə görə

Sirkə – 40 ml
zeytun yağı


 Hazırlanması:

Göbələyi 2-4 hissəyə ayırın. Kiçikləri bütöv saxlayın.  Zeytun yağına sürtgəcdən keçirilmiş sarımsaq, ədviyyat, duz, istiot, sirkə əlavə edərək qarışdrın. Göbələkləri qarışıma əlavə edərək 15-20 dəqiqə saxlayın. Daha sonra onu bir qaba boşaldaraq 200 dərəcəyə qədər qızdırımış sobaya qoyun. 15-20 dəqiqə ərzində bir neçə dəfə qarışdıraraq bişirin.

Nuş olsun!

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir