Fövqəladə vəziyyət elan olunarsa, ərzaq talonla veriləcək - AÇIQLAMA
Hər Şeydən Bir Az

Fövqəladə vəziyyət elan olunarsa, ərzaq talonla veriləcək? – AÇIQLAMA

Koronavirus (COVİD-19) infeksiyası dünya ölkələrində yeni təhlükə ilə üz-üzə qoyub. Dövlətlər virusun yayılmaması üçün sərt qərarlar qəbul edirlər. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_cd0fcdbe-3cbe-11ea-a16e-39b824591591_image_hires_072535.jpg


Azərbaycanda da virus sürətlə yayılır. Dövlət əhaliyə #evdəqal çağırışları etsə də, hələ ki, bəzi məsuliyyətsiz vətəndaşlar qaydalara əməl etmir. Rəsmi qurumlar vəziyyətin mənfiyə doğru getdiyini açıq şəkildə bəyan edirlər. Məlumata görə, koronavirus artıq Azərbaycanın rayonlarına və kəndlərinə yayılıb. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov son mətbuat konfransında bildirib ki, əgər bu hal davam edərsə, fövqəladə vəziyyət elan oluna bilər: “Biz çalışmalıyıq ki, yoluxma halları artmasın”. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_lham_smayil_man1508667724.jpg



Əlbəttə ki, fövqəladə vəziyyətin elan olunması insanların həyat tərzini daha da çətinləşdirəcək. Vətəndaşların hərəkətinə ciddi məhdudiyyətlərin gətirilməsi “Fövqəladə vəziyyət haqqında” qanunun əsas müddialarından biridir. Həmçinin qanunda, əhalini düşündürən müddialardan biri ərzaq təminatı ilə bağlıdır. Çünki qanunda “Ərzaq məhsullarının və birinci tələbat mallarının bölüşdürülməsində xüsusi qaydanın tətbiq edilməsi” barədə maddə yer alır. 

Müşahidələr göstərir ki, əhali, karantin rejimin qaydaları sərtləşdikcə, həmçinin fövqəladə vəziyyətin elan olunacağı barədə fikirlər səsləndirilən kimi ərzaq qıtlığının olacağını düşünərək növbəti günlərə ehtiyyat toplayırlar. 
Bəs, Azərbaycanda ərzaq qıtlığının olacağını düşünməyə əsas varmı? Fövqəladə vəziyyət olarsa, ərzaq müharibə dövründəki kimi talonla veriləcək?
1Arada.az xəbər verir ki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Missiya.Az-a açıqlamasında bildirib ki, ölkəmizdə ərzaq qıtlığının yaşanması ehtimal olunmur: “Azərbaycan koronavirusla bağlı xüsusi gərginlik mərhələsinə daxil olmayıb. Vəziyyət nəzarət altındadır. Ərzaq istehsal edən müəssisələr tam gücü ilə işləyir, ehtiyatlarımız var. Ona görə də hər hansı ərzaq qıtlığının yarana biləcəyini düşünmürəm”. 
Ekspert qeyd edib ki, Azərbaycanda fövqəladə vəziyyət elan olunsa belə ərzağın və digər təlabat mallarının talonla verilməsi barədə maddə işləməyəcək: “Ərzağın talonla satılması fövqəladə vəziyyət qanunlarına uyğundur və qeyd edilən dövrdə ərzaq talonla verilə bilər. Belə hallar əsasən müharibə davam etdiyi dövrlərdə baş verir. Azərbaycanda isə hazırda müharibə getmir. Ölkəmizdə koronavirusla bağlı olan vəziyyət də ərzağın talonla veriləcəyini deməyə əsas vermir. İstehsal müəssisələri dayandıqda, ehtiyatlar tükənməyə doğru getdikdə ərzaq talonla verilir. Hazırda istehsal müəssisələrinin fəaliyyətini dayandırmasına, istehsalı azaltmasına mane olan bir hal yoxdur”.
İlham İsmayıl, “Fövqəladə vəziyyət haqqında” qanunda qeyd olunan “Ərzaq məhsullarının və birinci tələbat mallarının bölüşdürülməsində xüsusi qaydanın tətbiq edilməsi” barədə maddənin epidemiya dövrünə aid olmadığını deyib:

“Qeyd edilən maddə müharibə dövrünə aiddir. Çünki müharibə vəziyyətində istehsal müəssisələrinin fəaliyyətinın dayandırılma ehtimalı çox olur. Bu səbəbdən ehtiyatların tükənməməsi və qıtlığın yaranmaması üçün ərzaq əhaliyə talonla satılır”.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir