Evdən çölə çıxma qadağası qoyulacaq - Operativ Qərargah
Redaktorun Seçimi Tibbi Xəbərlər

Evdən çölə çıxma qadağası qoyulacaq? – Operativ Qərargah

1Arada.az-ın məlumatına görə mayın 31-i Azərbaycanda qeyri-iş günüdür. Bundan əlavə mayın 25-də 149 nəfər koronavirusa yoluxub. Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib. Testin nəticəsinə əsasən, analiz 1 nəfərdə müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib. Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı və İcra Hakimiyyətinin əməkdaşları hazırda özünü izolyasiya qaydalayarına uyğun olaraq karantindədir. Kürdəmir rayonunda isə 60 çox insan koronavirusa yoluxub. Azərbaycanda bölgələrdə və Bakıda insanların mayın 31-nə kimi çölə çıxmasına qadağa qoyula bilərmi?

1Arada.az-ın Pravda.az-a istinadən xəbərinə görə,bununla bağlı danışan Operativ Qərargahın rəsmisi İbrahim Məmmədov bildirib ki, bununla bağlı heç bir qərar yoxdur: “Bizim tərəfimizdən insanların karantin rejiminin şərtlərinə və qoyulan qaydalara riayət edilməsi ilə bağlı çağırış olub. Yoluxmanın artmaması üçün insanların evdə qalmasını məsləhət görürük. Amma sərtləşmə ilə bağlı heç bir qərar yoxdur”.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir