Ekspertlər Bəzi parfümeriya məhsulları sağlamlıq üçün təhlükəlidir
Hər Şeydən Bir Az

Ekspertlər: Bəzi parfümeriya məhsulları sağlamlıq üçün təhlükəlidir

Bir çox parfümeriya məhsullarının tərkibində spirt mövcuddur. Bu maddə allergik reaksiyaya səbəb ola bilər.  Amma allergiya həm də təbii maddələrə qarşı da yarana bilər.  

1Arada.az bildirir ki, ən çox problem sitrusla yaranır. Buna görə də həssas insanlar yaxşı olardı ki, sitrus tərkibli məhsullardan  istifadə etməsinlər. Ekspertlərin fikrincə, müasir parfüm istehsalçıları bu vəziyyətdən çıxış yolu tapıblar. Onlar ətirlərin tərkibinə daxil olan bəzi təbii maddələri sintetik kimyəvi maddələrlə əvəzləyiblər. Bu maddələr insana mənfi təsir göstərmir.  

Amma buna baxmayaraq parfümeriya hazırlanması zamanı istifadəsi qadağan olunan bir çox maddələr mövcuddur. Sübut olunub ki, tərkibində müəyyən maddələr olan bəzi kremlər dəriyə mütəmadi olaraq çəkildikdə xərçəngə səbəb olur.  Onu da qeyd etmək lazımdır ki, bir çox parfümeriya məhsulları bazara çıxmazdan əvvəl məhsulların təhlükəsizliyi haqda sertifikata malik olmalıdırlar.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir