Ekpertdən iddia: Hər kəs həyatı boyunca bir ovuc böcək yeyir
Müsahibələr Redaktorun Seçimi

Ekspertdən iddia: Hər kəs həyatı boyunca bir ovuc böcək yeyir

Qida sektorunun bir çox seqmentlərində xüsusən də içki və qənnadı sektorlarında qida boyalarından geniş istifadə olunur. Bu rəngləndiricilər bir çox yollarla əldə edilir. Onların bəziləri kimyəvi, bəziləri təbii, bəziləri isə fiziki yollarla əldə edilir.

1Arada.az sizə qida eksperti İsa Əliyevin mövzu ilə bağlı açıqlamasını təqdim edir:

Üzərində dayanmaq istədiyim mövzu isə karmin həşəratından əldə edilən qida boyaları haqqdadır.
Cənubi Amerikada xüsusən də Peru bölgəsində yaşayan Karmin həşəratları qırmızı rəngdə olur. Bu həşəratları sənaye yolu ilə qurudub daha sonra üyüdərək toz halına gətirib onlardan boya əldə edirlər. Bu boyalardan xüsusən qənnadı, içki və kosmetika sektorunda müxtəlif məhsulların hazırlanmasında istifadə edilirlər. Bu boyanın istifadəsi hər hansı bir qanunla qadağan olunmayıb. İstər Avropada istərsə də bir çox başqa yerlərdə bu boya qida boyası kimi qəbul olunub.
Amma bu boyanı istifadə edən firmalar təqdim etdikləri məhsulun tərkibini qeyd etdikdə bu boyanı sadəcə olaraq E120 kodu ilə kodlaşdıraraq bu maddə haqda heç bir açıqlama vermirlər.
Bildiyiniz kimi, vegan həyat tərzi keçirən insanlar var ki, onlar vegeterianlardan fərqli olaraq heç bir şəkildə heyvan mənşəli qida məhsullardan istifadə etmirlər. Belə olan halda Karmin həşəratından alınan boyalardan hazırlanan qidaları da böyük ehtimalla veqanlar istifadə etməyəcəklər. Ancaq məhsulun üzərində bu boyanın heyvan mənşəli olması barədə heç bir məlumat verilmir. Beləliklə də veganlar bu cür məhsullardan fərqində olmadan istifadə edirlər. Buna görə də, əgər qidanın tərkibində E120 kodu ilə kodlaşdırılmış karmin həşəratından əldə olunmuş qida boyası varsa yaxşı olardı ki, istehsalçılar bu haqda məlumatı məhsulun üzərində qeyd etsinlər.
Bundan əlavə bilirik ki, islam qaydalarına əsasən məhsulların halal və haramlığı da önəmlidir. Yəni bu həşəratdan əldə edilən boya ilə istehsal olunmuş qida məhsullarının halal və ya haram olması da sual altındadır. Bununla da əlaqədar olaraq islam alimləri, halal sertifikatları verən qurumlar öz fikirlərini bildirməlidirlər.
Bütün dünyada olduğu kimi Azərbaycanda da bu boyalardan istifadə olunur. Bu boyaların insan sağlamlığı üçün heç bir təhdidi yoxdur. Amma onu da bilməkdə fayda var ki, kimyəvi istər fiziki yolla əldə olunmuş bütün qida boyaları insan bədənindən çox gec sovrulur və çətinliklə təmizlənir.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir