Ebru Şallının Səkkiz Yaşlı Oğlu Dəfn Edildi – FOTO
Məşhurlar

Ebru Şallının səkkiz yaşlı oğlu dəfn edildi – FOTO

Türkiyəli məşhur aparıcı Ebru Şallının dünən vəfat edən səkkiz yaşlı oğlu Pars bu gün səhər saatlarında dəfn edilib.

1Arada.az Oxu.Az-a istinadən xəbər verir ki, koronavirus səbəbindən dəfn mərasiminə yalnız ailə üzvləri – Parsın atası, Ebrunun keçmiş əri Harun Tan və hazırkı həyat yoldaşı Uğur Akkuş qatılıb.

Parsın məzar daşına “Ponçik, sən həmişə mənimləsən” sözlərinin yazılması diqqətdən qaçmayıb.

Qeyd edək ki, E.Şallı H.Tan ilə 2002-ci ildə evlənib. Onların Beren və Pars adlı övladları olub. Cütlük 2013-cü ildə boşanıb. Pars bir il müddətində limfa vəzində xərçəngdən müalicə alsa da, heç bir nəticə verməyib. O, ötən gün xəstəxanada dünyasını dəyişib.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir