Dünyanı ümidləndirən açıqlama- Koronavirusun dərmanını tapdıq
Hər Şeydən Bir Az Tibbi Xəbərlər

Dünyanı ümidləndirən açıqlama: “Koronavirusun dərmanını tapdıq”

Rusiya Federan Biomedikal Agentliyi (FMBA) yeni növ koronavirusu (COVİD-19) müalicə edəcək dərman hazırlayıb.
1Arada.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə agentlikdən bildirilib.
Agentlik koronavirusu müalicə edəcək malyariyaya qarşı istifadə edilən “Meflokin” əsaslı yeni dərmanı təqdim edib.
“FMBA-nın “Farmzashchita” Tədqiqat və İstehsalat Mərkəzi Çin və Fransanın təcrübələrini nəzərə alaraq, malyariyaya qarşı istifadə edilən “Meflokin” dərmanı əsasında koronavirus infeksiyasının müalicə sxemini hazırlayıb” deyə açıqlamada bildiridir. Məlumatda istehsal edilən dərmanın ağciyərdə virusu tamamilə məhv edəcəyi bildirilir. Dərmanın xəstələr üzərində nə zaman istifadə olunacağı və bazara çıxacağı barədə məlumat verilməyib.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir