Yeni araşdırma göstərib ki, dişlərin gün ərzində 3 dəfə təmizlənməsi ürək-damar xəstəlikləri risqini 10 faizə qədər azaldır.
1Arada.az bildirir ki, araşdırma ağız boşluğunun gigiyenasının ürək aritmiyası və ürək çatışmazlığı risqi ilə nə dərəcədə bağlı olmasını aydınlaşdırmaq məqsədilə həyata keçirilib.
Alimlər, araşdırmaya qədər heç bir ürək problemi yaşamayan 40-79 yaş arasında olan 160.000 nəfər iştirakçı üzərində 10 ildən çox müşahidələr aparıblar.
Onlar haqda bütün göstəricilər, o cümlədən xəstəlikləri, boyları, çəkiləri, keçirdikləri həyat tərzi, alışqanlıqları və ağız boşluqlarının gigiyenası müqayisə edilib.
Bu müddət ərzində dişlərini təmizləməyən iştirakçıların 3 %-də aritmiya, 5%-də ürək çatışmazlığı meydana gəlib.
Alimlərin sözlərinə görə, bu ağız boluğunun gigyenasının ürək problemlərinə yol açdığını sübut edən yeganə araşdırma deyil.
Alimlər bildiriblər ki, dişlərin mütəmadi təmizlənməsi ağızda olan bakteriyaların miqdrını azaldır ki, bu da öz növbəsində onların qan dövranına keçməsi riskinin qarşısını alır.
Araşdırmaçılar dişləri təkcə səhər və axşam deyil, həm də gün ərzində bir dəfə də əlavə təmizləməyi məsləhət bilirlər. Həm də diş fırçasını da 2-3 aydan bir dəyişmək lazımdır.