Dərslər yenə təxirə salınacaq?-Nazir valideynlərə müraciət etdi
Redaktorun Seçimi Təhsil

Dərslər yenə təxirə salınacaq?-Nazir valideynlərə müraciət etdi

Türkiyədə koronavirus pandemiyası ilə əlaqədar orta və ali məktəblərdə dərslər dayandırılıb. Məktəblərin sentyabrda da açılmayacağı deyilir.

Ölkənin təhsil naziri Ziya Səlcuq məsələyə münasibət bildirib.

Qeyd edək ki, Türkiyədə dərslərin 31 avqustda başlanacağı deyilirdi. Lakin sonra məktəblərin açılması sentyabrın 21-ə salındı.

Nazir dərslərin başlana biləcəyini bildirib. “Məktəblərin açılması yenidən təxirə salına bilərmi” sualına belə cavab verib: “Pandemiyanı birlikdə məğlub edəcəyik. Siz qoruyucu maskanızı taxın, sosial məsafəni gözləyin, biz də məktəbləri açaq, uşaqlarımız dərsə getsinlər. Bunu sizdən müəllimlər və şagirdlər adından xahiş edirəm”.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir