Dərini nəmləndirən və ləkələri təmizləyən heyva tumu maskası - Resept
Gözəllik və Dəb

Dərini nəmləndirən və ləkələri təmizləyən heyva tumu maskası – Resept

Heyvanın tam mövsümüdür. Bu ətirli, dadlı və faydalı meyvənin özü kimi tumları da çox qiymətlidir. Ona görə də heyvanı yedikdən sora onun tumlarını qətiyyən tullamayın!
1Arada.az sizə heyva tumundan hazırlanan 2 maska resepti təqdim edir. Bu maskalar sayəsində üzünüzün dərisi nəmlənəcək və ləkələrdən təmizlənəcək.
Heyvanın tumlarında bol miqdarda mineral maddələr və antioksidantlar mövcuddur. Bu xüsusiyyətləri sayəsində o ölü dəri hüceyrələrini kənarlaşdırır, ləkələri təmizləyir, dərini təravətləndirir.
Dərini nəmləndirmək üçün maska resepti
Tələb oluna ərzaqlar:

2 xörək qaşığı heyva tumu, 1 stəkan su və 2 çay qaşığı badam yağı.
Hazırlanması:
Suya heyva tumlarını əlavə edin və 1 gecə saxlayın. Səhər suyu süzüb içərisinə badam yağı əlavə edin. Yaxşıca qarışdırın. Üzünüzə sürtüb 20 dəqiqə saxlayın. Maskanı 1 həftəyə qədər saxlaya bilərsiniz. Maskanı həftədə iki dəfə tətbiq edin.


Ləkələri azaldan maska resepti
Qaba 1 heyvanın tumlarını qoyun üzərini örtəcək qədər su tökün. Daha sonra bir dəqiqəyə qədər qaynadın. Alınan məhlulu 4 saat saxladıqdan sonra üzünüzdə olan ləkələrə çəkin. Bu maskanı ləkələr tam yox olana qədər tətbiq edə bilərsiniz.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir