DƏHŞƏTLİ İSTİLƏR gəlir - temperatur rekord həddə yüksələcək
Hər Şeydən Bir Az

DƏHŞƏTLİ İSTİLƏR gəlir: temperatur rekord həddə yüksələcək

2020-ci ilin tarixdə ən isti il olacağı açıqlanıb.

1Arada.az  teleqraf.com-a istinadən xəbər verir ki, Dünya Meteorologiya Təşkilatı ötən ili “son 10 ilin ən isti ili” elan etmişdi.

2020-ci ildə isə planetimizdə havanın temperaturu rekord həddə yüksələcək.

İngiltərənin “The Guardian” qəzetində yer alan xəbərə görə, 2020-ci il bu günədək ölçülən ən isti il ola bilər.

NASA-nın Kosmos Araşdırmaları İnstitutunun direktoru Qavin Şmitin araşdırmasında deyilir ki, Yer kürəsinin belə bir durumla üzləşmək ehtimalı 60 faizdir. Milli Okean və Atmosfer Mərkəzindən (NOAA) verilən açıqlamada isə bu nisbətin 75 faiz olduğu bildirilir. Ayrı-ayrı elm adamlarının gözləntisi 99 faizdir.

Başqa sözlə, 2020-ci ilin indiyədək müşahidə olunmuş 5 isti ildən biri olacağı dəqiqləşmək üzrədir.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir