Çox yeməyə rəğmən arıq qalmağın sirri tapıldı
Maraqlı Məlumatlar

Çox yeməyə rəğmən arıq qalmağın sirri tapıldı

Avstriya, Kanada və Estoniyadan olan alimlər qrupu bəzi insanların çox yeməsinə baxmayaraq, artıq çəkili olmamasının sirrini tapıb. Bunun səbəbi xüsusi genin mövcudluğu imiş.

1Arada.az xəbər verir ki, araşdırmaçıların bu tədqiqatının nəticələri “Study Finds” portalında dərc olunub.

Araşdırmada Estoniyadan 47 min könüllü iştirak edib. Alimlər gözəl bədən quruluşu olan insanlarla orta çəkili insanların genlərini müqayisə edib. Məlum olub ki, hər şey anaplastik limfoma kinaz (ALK) geninin səviyyəsindən asılıdır. Genin miqdarı orqanizmdə nə qədər aşağıdırsa, insan o qədər az çəki toplayır.

Bundan əvvəl, bu genin bir sıra onkoloji xəstəliklərdə mutasiya edə biləcəyinə inanılırdı. Onun fizioloji əhəmiyyəti öyrənilməmişdi. Nəticələri yoxlamaq üçün elm adamları laboratoriya siçanlarında ALK-nı “söndürüblər”. Məlum olub ki, bu canlıların rasionu və fiziki fəaliyyətləri dəyişməsə belə, daha çox arıqlayıblar.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir