Çindəki bəzi azərbaycanlı tələbələr orada qalmağa üstünlük veriblər
Tibbi Xəbərlər

Çindəki bəzi azərbaycanlı tələbələr orada qalmağa üstünlük veriblər

Çində təhsil alan bəzi azərbaycanlı tələbələr koronavirusla əlaqədar yaranan ciddi təhlükəyə baxmayaraq orada qalmağa üstünlük veriblər.

1Arada.az-in Trend-ə istinadən verdiyi məlumata görə, bunu Təhsil naziri Ceyhun Bayramov deyib. Onun sözlərinə görə, Çindəki tələbələrlə mütəmadi olaraq, həm Azərbaycan Xarici İşlər Nazirliyi, həm də Çindəki Azərbaycan səfirliyi vasitəsilə əlaqə saxlanılır.

Nazir əlavə edib ki, Çində hökumətlərarası saziş əsasında 62 nəfər azərbaycanlı tələbə, ümumilikdə isə 500-ə yaxın azərbaycanlı gənc təhsil alır: “Onların böyük hissəsi Azərbaycandadır. Bəzi tələbələr isə Çinin digər şəhərlərinə yerləşdirilib. Onlar ciddi təhlükəyə baxmadan orada qalmağa üstünlük veriblər. Ancaq bütün dövlət orqanları məsələni nəzarətdə saxlayır. Vətənə dönmək istəyənlərin geri qaytarılması ilə bağlı hər hansı problem yoxdur”.

C.Bayramov bildirib ki, hazırda Azərbaycanda 94 nəfər Çin vətəndaşı ali təhsil alır: “Bir nəfər çinli tələbə özünün narahatlığı olduğu üçün tibb müəssisəsinə yerləşdirilib. Bakı Dövlət Universitetinin rəhbərliyi mütəmadi olaraq onunla əlaqə saxlayır. Onun səhhətində hər hansı problemlər mövcud deyil”.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir