Çin koronavirusa qalib GƏLDİ - Yoluxan şəxs qalmadı
Hər Şeydən Bir Az Xəstəliklər

Çin koronavirusa qalib GƏLDİ – Yoluxan şəxs qalmadı

Ötən ilin dekabr ayında yeni növ koronavirusun yayılmağa başladığı Çinin Uhan şəhərində bütün xəstələr evə buraxılıb.

1Arada.az xəbər verir ki, bu barədə Çin Milli Səhiyyə Komissiyasının rəsmi nümayəndəsi Mi Feng açıqlama verib.

O açıqlamasında bildirib ki, Uhanda artıq koronavirusa yoluxan xəstə qalmayıb: “Uhanda yeni növ koronavirusla mübarizədə qalibiyyət həkimlərin zəhmətinin nəticəsidir”.

Qeyd edək ki, Uhanda 46 min 452 nəfər koronavirusa yoluxmuşdu, onlardan 3 min 869-u ölmüşdü.

Çində ümumiyyətlə 82 min 827 nəfər koronavirusa yoluxma halı aşkarlanıb. Yoluxanlardam 4 min 632 nəfəri ölüb, 77 min 394 nəfəri isə sağalaraq evə buraxılıb.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir