Çılpaq yatmağın faydaları - 4 səbəb
Maraqlı Məlumatlar Qadın Uşaq Kişi

Çılpaq yatmağın faydaları – 4 səbəb

Normal yuxu sağlamlığın təminatıdır. Amma təəssüflər olsun ki, bu hər zaman hamıya nəsib olmur. Bir çoxları gecəni normal yatmaq üçün dərman atır. Ama halbuki sadə amillərlə normal yuxuya getmək mümkündür. Bu amillərə döşəyin sərtliyi, yastığın hündürlüyü, gecə paltarı və s. aid edilə bilər.

1Arada.az sizə gecə çılpaq yatmağın üstünüklərindən söhbət atacaq:

1. Bədən temperaturu normallaşır

Gecə çılpaq yatmaq üçün bir neçə səbəb var. Onlardan ən vacibi paltarsız yatdıqda bədən temperaturunun balnasının qorunmasıdır. Çılpaq yatarkən bu balans təbii yolla bərpa olunur. Bədənin temperaturunun yüksəlməsi yuxuya mane olan səbəblərdəndir.

2. Yuxu hormonu sintez olunur

Alimlər sübut ediblər ki, yuxu hormonu olan melatoninin səviyyəsi paltarsız yatdıqda yüksəlir. Bu hormonun normada olması yuxunun keyfiyyətini yaxşılaşdırır. Gecə möhkəm və rahat insan səhər yuxudan yaxşı əhvalla oyanır. Melatonunun sintezinə həmçinin də otağın temperaturu və işıqlanması da təsir göstərir. Əgər rahat yatmaq istəyirsinizsə o zaman yaxşı olardı ki, tam qaranlıq və istiliyi  21 dərəcədən yüksək olmayan otaqda yatasınız.

3. Münasibətləri möhkəmləndirir

Paltarsız yatmaq cütlüklərin arasında olan münasibətlri daha da möhkəm edir. Sevdiyi insanla bir yataqda çılpaq uzandıqda seks hormonu hesab edilən oksitosinin səviyyəsi yüksəlir. Bu hormon həm də yuxuya müsbət təsir edərək insanı daha rahat yuxuya getməsini təmin edir.

4. Stress hormonu balanslaşır

Stress hormonu kimi tanınan kortizol orqanzimdə gedən bir çox proseslərə təsir edir. Əgər yatdıqda sizə çox isti olarsa o zaman bu hormonun səviyyəsi yüksəlir. İnsan hətta bunun fərqində olmaya bilər. Amma  səhər siz güclü aclıq hissi keçirə, əsəbləşə bir spzlə narahat oa bilərsiniz. Əgər siz paltarsız yatsaz o zaman bədən temperaturunuz buna bağlı olaraq da stress hormonu normada qalacaq.  

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir