Çəkməçidən məsləhət Zamşa ayaqqabınız həmişə təzə kimi qalacaq
Gözəllik və Dəb

Çəkməçidən məsləhət: Zamşa ayaqqabınız həmişə təzə kimi qalacaq

Zamşa ayaqqabılar həmişə dəbli xanımların favoriti olub. Ayaqda çox gözəl görünən bu ayaqqabılar həm də xüsusi qulluq tələb edirlər.
Bu material məxməri quruluşu və gözəl rəngi ilə həmişə fərqlənir. Onun yumşaqlığını, hava keçiriciliyini, isti və rahat olmasını nəzərə alsaq ondan hazırlanan ayaqqabı modelini ideal hesab etmək olar.

Zamşa ayaqqabılarını palçıqdan, nəmdən və birbaşa gün şualarından qorumaq lazımdır. Amma zamşa ayaqqabıların uzunömürlü olması üçün bir çox sirrlər də mövcuddur.

1Arada.az onları sizə təqdim edir?

Yeni zamşa ayaqqabını aldıqdan sonra ona zamşa material üçün nəzərdə tutulan aerozolla əl gəzdirmək lazımdır. Onun kimyəvi tərkibi sayəsində ayaqqabının üst səthində şəfaf təbəqə yaranacaq. Bu təbəqə zamşanın məxməri səthini palçıqdan, nəmdən və tozdan qoruyacaq.

Aerozol vurduqdan sonra ayaqqabını təbii yolla qurumağa qoyun. Yaxşı olar ki, bu proseduru 3 dəfə ardıcıl təkrarlayasınız.
Qışda zamşa ayaqqabıları nəmdən qorumaq lazımdır. Buna görə də zamşa çəkmələri soyunduqdan sonra yaxşı olar ki, dərhal flanel əski ilə silib təbii yolla qurumağa qoyasınız.


Əgər çəkmələr bütünlüklə islanıbsa, o zaman onun içərisinə bükülmüş qəzet doldurun. Kağız nəmi bütünlüklə özünə çəkdikdən sonra onları çıxarın.


Qış fəslində ən böyük problem zamşa çəkmədən duz ləkələrini təmizləməkdir. Onları 6 faizli sirkə məhlulu ilə yox etmək mümkündür. Bunun üçün ayaqqabı fırçasını sirkə məhluluna batıraraq ləkələrin üstünə sürtün.

Zamşa ayaqqabılar həmişə təzə görünsün deyə onları yeniləmək tələb olunur. Bunun üçün suyu qaynadın və ayaqqabını onun buxarına tutun. Qəhvə xıltı da zamşa materialı yaxşı təmizləyir. Onu nəm halda ayaqqabıya çəkin və qurumasını gözləyin. Quruduqdan sonra ayaqqabını fırçalayın.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir