Bu tarixlərdə məktəblərdə dərs olmayacaq - RƏSMİ
Təhsil

Bu tarixlərdə məktəblərdə dərs olmayacaq – RƏSMİ

Azərbaycanda beş və altıgünlük iş həftəsi olan məktəblərdə dərs qrafiki müəyyənləşib.

1Arada.az xəbər verir ki, təqvimdə edilən dəyişikliklərə əsasən, dekabrın 28-i və 29-nun dərs qrafiki aşağıdakı qaydada təyin edilib.

Belə ki, 5 günlük iş həftəsi olan məktəblərdə dekabrın 28-i gələn il yanvarın 3-də keçirilməsi nəzərdə tutulan dərslər keçiriləcək. Dekabrın 29-da isə yanvarın 6-da olan dərs qrafiki tətbiq olunacaq.

Bundan başqa, 6 günlük iş həftəsi olan məktəblərdə dekabrın 29-da gələn ilin yanvar ayının 3-də olan dərslər keçiriləcək. Yanvarın 4-ü və 6-da isə VIII, IX, X, XI siniflər üçün dərs günüdür.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yeri dəyişdirilib.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir