Bu şəxslərin maaşı 890 manat oldu — QƏRAR
Hər Şeydən Bir Az

Bu şəxslərin maaşı 890 manat oldu — QƏRAR

 “Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında” qərarda dəyişiklik edilib.
1Arada.az Sfera.az-a istinadən xəbər verir ki, bunula bağlı baş nazir Əli Əsədov qərar imzalayıb. 
Qərarda “Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinə” sözləri “İdman sahəsində seleksiya üzrə baş mütəxəssislərə” sözləri ilə və “təyin” sözü “müəyyən” sözü ilə əvəz edilib. 
Dəyişikliyə əsasən, idman sahəsində seleksiya üzrə baş mütəxəssisin aylıq vəzifə maaşı 890 manat məbləğində müəyyən edilib.
 Ödəniş dövlət büdcəsinin “Bədən tərbiyəsi və idmanın təşkili” bölməsinin vəsaitləri hesabına həyata keçiriləcək.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir