Bu məhsullardan uzaq durmaq tövsiyə edilir – AÇIQLAMA – EKSKLÜZİV
Hər Şeydən Bir Az

Bu məhsullardan uzaq durmaq tövsiyə edilir – AÇIQLAMA – EKSKLÜZİV

Son günlər piştaxtaların bəzəyi olan, mövsümdən öncə yetişən bir çox meyvə-tərəvəzlər var.

1Arada.az Qazet.az-a istinadən xəbər verir ki, bu məhsulların qiyməti əl yandırsa da, alıcılar elə də az deyil. Mövsümə uyğun olmayan tərəvəzlər və meyvələr əsasən xaricdən idxal edilir və üzərində “təbii məhsul” işarəsi olur.

Suallarımızı cavablandıran Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə insanları diqqətli olmağa çağırır.

“Məndə olan məlumata görə, ölkədə 3 loboratoriya var. Əslində məlumat verilmir ki, xaricdən gələn hansı mal qaytarılıb, hansı mal isə bazara daxil olur. Bir laboratoriya deyir bu məhsulda GMO yoxdur, o biri deyir ki, var. Çiyələklərdir, kartoflardır – xüsusən İrandan gələn soğan, badımcan, həddən artıq böyük bibərlərdir. Üstlərinə vurulur ki, təmiz məhsuldur.

Bunları gözlə tanımaq çox çətindir. Mümkün deyil. Soyadır, rapsdır təbii ki, təbii məhsul deyil. Broyler də cücələrə verilir. Bunu insanların ayırd etməsi üçün laboratoriyalar iş görməlidir.

Azərbaycanda tumu olmayan qarpızda satılır. Belə məhsula necə deyəsən ki, geni dəyişdirilməyib. Təəssüf ki, Azərbaycanda GMO-nun lobbiçiliyini aparanlar var”, – deyə ekspert qeyd edib.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir