Bu il Azərbaycanda 524 nəfər İİV-ə yoluxub
Redaktorun Seçimi

Bu il Azərbaycanda 524 nəfər İİV-ə yoluxub

Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən Azərbaycan vətəndaşları arasında 2019-cu ilin 9 ayı ərzində İİV-ə yoluxma hallarının 9,9%-i, ümumiliklə isə 1987-ci ildən 2019-cu ilin oktyabr ayının 1-dək yoluxma hallarının 41,1%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib.
Bu barədə 1arada.az-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan bildirilib. Məlumata əsasən, ümumilikdə 1988-ci ildən İİV-infeksiyası aşkar olunmuş 7932 nəfərdən, 3258 xəstə, inyeksion narkotik istifadəçiləri olub ki, onların da 2564 nəfəri (79,3%) dispanser qeydiyyatına götürülüb.
Eyni zamanda, ölkədə İİV-ə narkomanların yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2019-cu ilin 9 ayında İİV-ə yoluxmuş 524 nəfər Azərbaycan vətəndaşının 34 (9,9%) nəfəri inyeksion narkotik istifadəcisi olub.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir