Bu həftə sonu da evdən çıxmaq qadağan olunacaq - RƏSMİ AÇIQLAMA
Hər Şeydən Bir Az

Bu həftə sonu da evdən çıxmaq qadağan olunacaq? – RƏSMİ AÇIQLAMA

Son iki həftə ərzində Azərbaycan üzrə narıncı zona sayılan ərazilərdə COVİD-19-a yoluxmanın sayını azaltmaq məqsədilə həftə sonu qapanması tətbiq edilib. Gündəlik yoluxma sayının artımı növbəti həftənin şənbə-bazar günləri də küçəyə çıxma qadağasının tətbiq ediləcəyini istisna etmir.

1Arada.az xəbər verir ki, məsələ ilə bağlı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Modern.az-a bildirib ki, hələlik bu barədə danışmaq tezdir:

“Qapanmalarla bağlı TƏBİB tərəfindən təhlillər aparılır. Yəqin ki, buna əsasən qərar veriləcək və ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, iyunun 6-7-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda, iyunun 14-15-də isə Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan  rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq edilib.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir