Bu gün Bakıya qar yağacaq şaxta, güclü külək olacaq
Hər Şeydən Bir Az

Bu gün Bakıya qar yağacaq: şaxta, güclü külək olacaq

Fevralın 10-da Bakıda və Abşeron yarımadasında fasilələrlə qar yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 1Arada.az-a bildirilib ki, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-4° şaxta, gündüz 1-3° isti olacaq.
Bakıda gecə 2-4° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək.Nisbi rütubət gecə və gündüz 75-85% olacaq.
Yolların buz bağlama ehtimalı var.
Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz, ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacaq. Yolların buz bağlama ehtimalı var.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir