BU GÜN - Azərbaycanda 544 nəfər yoluxdu, rekord sayda ölüm- SON DƏQİQƏ
Xəstəliklər

BU GÜN: Azərbaycanda 544 nəfər yoluxdu, rekord sayda ölüm- SON DƏQİQƏ

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 544 yeni yoluxma faktı qeydə alınıb, 343 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 16 968 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9 369 nəfər müalicə olunaraq sağalıb, 206 nəfər vəfat edib, 7 393 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 558, ötən müddət ərzində isə ümumilikdə 475 525 test aparılıb.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir