Bu gün Azərbaycan şahmatçıları ermənilərlə qarşılaşacaq
İdman

Bu gün Azərbaycan şahmatçıları ermənilərlə qarşılaşacaq

Gürcüstanın Batumi şəhərindəki şahmat üzrə komandalararası Avropa çempionatında bu gün VIII turun görüşləri keçiriləcək.

1Arada.az-ın “Report”a istinadən məlumatına görə, Azərbaycanın kişilərdən ibarət yığması Ermənistanla qarşılaşacaq. Qadın millisi isə Fransa ilə üz-üzə gələcək. Görüşlər Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

7 turdan sonra xal durumu belədir:

Kişilər: 1. Rusiya – 12, 2 – 4. Ukrayna, İngiltərə, Almaniya – 11, 5. Sloveniya – 10, 6 – 8. Ermənistan, AZƏRBAYCAN, Xorvatiya – 9 xal.

Qadınlar: 1. Rusiya – 13, 2. Gürcüstan – 11, 3 – 5. AZƏRBAYCAN, Ukrayna, Ermənistan – 10, 6 – 8. Fransa, İtaliya, Türkiyə – 9 xal.  

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir