Bu əşyaları heç kimlə bölüşməyin - Sağlamlıq üçün təhlükəlidir
Gözəllik və Dəb Qadın Uşaq Kişi

Bu əşyaları heç kimlə bölüşməyin – Sağlamlıq üçün təhlükəlidir

Bir çox qızlar kosmetik vasitələri rəfiqələri ilə bölüşərək bunda bir təhlükənin olmasını ağıllarına belə gətirmirlər. Amma bu sağlamlıq üçün təhlükəli ola bilər.

1Arada.az heç kimlə paylaşılması məsləhətli olmayan kosmetik vasitələri təqdim edir:

Tuş  

Tuş kipriklərin diblərinə çəkildiyində göz qapaqlarına təmas edən bir gözəllik vasitəsidir. Bu səbəbdən də infeksiya və bakteriyalar çox rahat şəkildə tuş vasitəsilə yoluxa bilər. Buna görə də yaxşı olardı ki, tuşu yalnız özünüz işlədərək heç kimlə bölüşməyəsiniz.  

Fırça və makiyaj süngərləri

Dəri xəstəliklərini və infeksiya yoluxması risqini azaltmaq üçün hər gün istifadə etdiyiniz bu vasitələri mütəmadi olaraq yumaq lazımdır.  İlk baxışda görünmür, amma bu vasitələr içərisində mikrob və ölü dəri hüceyrələri saxlayır. Bir müddətdən sonra bu maddələr sizin dərinizdə ciddi xəstəliklərə səbəb ola bilər.

Dırnaq qayçısı  

Dırnaqlarınızın sağlam və gözəl olmasını istəyirsinizsə, öz şəxsi dırnaq qayçısından istifadə edin. Dırnaq qayçısının ortaq olaraq istifadəsi normal və əhəmiyyətsiz kimi görünə bilər. Ancaq, qayçı vasitəsilə bir çox göbələk infeksiyalarının yayılması mümkündür.

Göz qələmi


Göz qələmi və ya layner də tuş kimi kipriklərin dibinə çəkildiyi üçün bakteriyaların yayılmasına səbəb olur. Əgər rəfiqənizin gözündə hər hansı bir virus və ya bakteriya varsa onun sizin gözlərinizə yoluxmaq riski yüksəkdir.

Dodaq boyası

Ağız, bakteriyalarla zəngindir, dodaq boyası və nəmləndirici vasitəsilə onların digər yoluxması riski çox yüksəkdir. Ortaq istifadə edildiyində hətta boğaz ağrısı kimi infeksiyanın də yaylmasına səbəb ola bilər.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir