Broyler toyuğunun ən zərərli orqanı - Qətiyyən istifadə etməyin!
Hər Şeydən Bir Az

Broyler toyuğunun ən zərərli orqanı – Qətiyyən istifadə etməyin!

Toyuq əti dietik məhsul hesab edilir. Ucuz olması ilə yanaşı həm də daha tez bişən və dadlı olan toyuq ətinə bir çox insanlar qida rasionlarında üstünlük verirlər.

1Arada.az bildirir ki, broyler toyuqlarının yetişdirilmə şəraitləri və üsulları bir çoxlarına məlumdur.  Antibiotiklərlə və  hormonlarla böyüdülən broyler toyuqlarının bəzi orqanlarl var ki, onları qəbul etdikdə insan orqanziminə faydadan çox ziyan verir.  Buna görə də yaxşı olar ki, toyuğun bu hissələrini ümumiyyətlə yeməyəsiniz.

Toyuğun ən təhlükəli orqani onun dərisidir. Dərinin altında olan yağ toyuğun ətində olan yağdan dəfələrlə çoxdur. Bu yağın tərkibində “zərərli” xolesterinin miqdarı da digər hissələrlə müqayisədə çoxdur.

Dəri baryer orqanidir. Məhz bu hissədə hormonların çox hissəsi, mikroorqanizmlər  və toksinlər yığılır. Bu maddələr bişirilmə zamanı da məhv olmurlar. Alimlər müəyyən ediblər ki, hətta bu maddələrdən toyuğu yumaqla da azad olmaq mümkün deyil.

Buna görə də, mütəxəssislər broyler toyuğunun dərisindən ümumiyyətlə istifadə etməməyi məsləht bilərək bişirərkən onu tamamilə soyub çıxarmağı məsləhət görürlər.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir