Brokkolinin düzgün hazırlanma qaydası Ən effektli üsul
Hər Şeydən Bir Az

Brokkolinin düzgün hazırlanma qaydası: Ən effektli üsul

Brokkoli sağlamlıq üçün vacib olan bir çox vitamin və mikroelementlərlə zəngindir. Ancaq istinin təsirindən bu tərəvəz bir çox faydalı xüsusiyyətlərinin itirir. Buna görə də brokkolini bişirərkən bəzi məqamlardan xəbərdar olmaq və onlara riayət etmək tələb olunur.

1Arada.az sizə bu faydalı tərəvəzin düzgün hazırlanma və istifadə qaydalarını təqdim edir:

Brokkoli klassik sağlam və dietik qida hesab edilir. Bu tərəvəz 2-ci qrup şəkər xəstələrinin qandakı şəkər miqdarını azaldır. Onun tərkibində olan sulforafan antioksidantı onkologiya ilə mübarizədə çox yararlıdır. Bu maddə əsasən də brokkolinin cücərməkdə olan toxumlarında bol miqdardadır.

Onu soyuducuya qoyduqdan bir neçə gün sonra tərkibində olan C vitamini 2 dəfəyə qədər azalır. Ona görə də bu tərəvəzi soyuducuda saxlamaq olmaz. Brokkolinin tərkibində olan faydalı maddələr istinin təsirində parçalanır. Buna görə də hazırlayan zaman bir qədər ehtiyatlı olmaq tələb olunur.

Bu səbəbdən də, brokkoli qaynadıldıqda, buxarda və mikrodalğalı sobada bişirdikdə onun tərkibində olan qlükozinolatlar və sulforaforan maddələri yox olur.

Mütəxəssislər brokkolinin ən effektiv hazırlanma üsulunu təyin ediblər. Onlar brokkolini kiçik hissələrə doğrayaraq saat yarım saxlayıblar, daha sonra isə bol yağda qızardıblar. Məlum olub ki, saat yarım saxlanılaraq qızardılan tərəvəzin tərkibində olan sulforafan maddəsi saxlanılmadan qızardılan tərəvəzdən 2.8 dəfə çoxdur.

Beləliklə də məlum olub ki, brokkolini doğrayıb saxlayaraq qızartmaq ən effektiv hazırlanma üsuludur.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir