Bazar günündən iyulun 5-dək qoyulan QADAĞALARIN SİYAHISI
Tibbi Xəbərlər Xəstəliklər

Bazar günündən iyulun 5-dək qoyulan QADAĞALARIN SİYAHISI

İkihəftəlik sərt karantin rejimi şərtləri açıqlanıb.

1Arada.az xəbər verir ki, bu barədə Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva məluma verib.

Qurum rəsmisi bildirib ki, şərtlərə SMS xəbərdarlıq və xüsusi icazə əsasında evdən çıxmanın tətbiq olunması, dövlət və özəl təşkilatlarda məhdudiyyətlər – yəni, müxtəlif vaxtlarda işə başlanılması, işçi heyətin həftəlik əsasda 3 qrupa bölünməsi, ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması, ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətin dayandırılması, bərbərxana, gözəllik salonları və kosmetik xidmətlər, o cümlədən bu xidmətlərin müştərilərin evində və digər məkanlarda xidmətlərin dayandırılması, müzey və sərgi zallarının fəaliyyətinin dayandırılması daxildir.

Bundan başqa, malların satışı və xidmətlərinin göstərilməsi ilə istisnalar nəzərə alınmaqla məhdudiyyətlər tətbiqi, eləcə də açıq havada idman oyunları da qadağandır.

Eyni zamanda, rayonlararası və şəhərlərarası nəqliyyatın hərəkəti, idman, sağlamlıq bərpa üzrə xidmətlər (tibbi xidmətlər istisna), mədəniyyət obyektləri, kinoteatrların, teatrların, idman zallarının fəaliyyəti də məhdudiyyətə daxildir. Otellərin fəaliyyətinin bərpası, beynəlxalq səfərlər də qadağandır.

Dəfn mərasimləri istisna olmaqla, yas mərasimlərin təşkili, tədbirlərin təşkili üzrə xidmətlər, təhsil müəssələrində fəaliyyətin dayandırılması, eləcə də 10 nəfərdə artıq qrupda cəmləşməklə bağlı qadağalar qüvvədə qalır.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir