Bal və sarıkök İl boyu sağlam qalmağın sirri
Hər Şeydən Bir Az Xalq Təbabəti

Bal və sarıkök: İl boyu sağlam qalmağın sirri

Bal və sarıkökdən ibarət olan bu möcüzəvi qarışım uzun əsrlər boyunca müalicəvi xüsusiyyətləri ilə məşhur olub.

1Arada.az sizə bu gün Azərbaycan mətbəxində də özünə məxsus yeri olan sarıkök ədviyyatından hazırlaya biləcəyiniz çox effektli resept təqdim edir. Bu qarışım immuniteti qaldırmaqla yanaşı həm də iltihabi və infeksion xəstəliklərdə də yaxşı təsir göstərir.  

Lazım olanlar:

100 qr təbii bal
1
x/q sarıkök

1 çimdik qara istiot
2
x/q alma sirkəsi
1
ç/q sürtgəcdən keçirilmiş limon qabığı

Sarıkök, alma sirkəsi və istiotu qarışdırın. Daha sonra limon qabığı və bal əlavə edin. Bircinsli kütlə alınana kimi qarışdırın.

Qeyd! Qara istiot sarıkökün faydalı xüsusiyyətlərini artırır. Buna görə də onu əlavə etmək vacibdir. Alınan qarışımı ağzı bağlı qabda soyuducuda saxlayın.

İstifadəsi:

Soyuqdəymə zamanı proflaktika məqsədilə, həmçinin mövsümi allergiyalar zamanı hər səhər ac qarına 1 x/q qəbul edin.

Əgər artıq xəstələnmisinizsə, o zaman qarışımdan ilk iki gündə bir saatdan bir yarım çay qaşığı qəbul edin. Sonrakı günlərdə isə hər iki saatdan bir yarım çay qaşığı içə bilərsiniz. Xəstəliyin əlamətləri tam itənə kimi qəbul etməyə davam edə bilərsiniz.

Qarışımı ağzınızda özü əriyənə kimi saxlayın. Onu qəbul etdikdən dərhak sonra yemək və su içmək olmaz.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir