Bal nə zaman “zəhər”ə çevrilir Bunu qətiyyən etməyin
Hər Şeydən Bir Az

Bal nə zaman “zəhər”ə çevrilir? Bunu qətiyyən etməyin

Bal öz müalicəvi və faydalı xüsusiyyətləri ilə məşhurdur. Amma onu düzgün istifadə etmədikdə əksinə zəhərə çevrilir.

1Arada.az bu dəfə balın nə zaman orqanizmə zərər verəcəyi halları açıqlayır:

Baldan soyuqdəymə zamanı çox istifadə edilir. Onun sayəsində ösükrəkdən və bəlğəmdən xilas olmaq mümkündür. Bu məqsədlə balı çaya təkərək qəbul edirlər.

Amma qızdırıldığı zaman balın tərkibində olan bir maddələrin kanserogenə çevrildiyini çoxları bilmir. Bu zaman balın tərkibində olan vitaminlər və faydalı  fermentlər öz xüsusiyyətlərini itirərərk oksimetilfurfurol ifraz edir ki, bu maddə də orqanizmdən çətinliklə xarıc olur.

Uzun müddət baldan isti halda istifadə edilməsi bir sıra xəstəliklərin inkişafına gətirib çıxara bilər.

Mütəxəssislərin sözlərinə görə, bal 65 dərəcədən yuxarı qızdırıldıqda oksimetilfurfurol maddəsinin miqdarı da qəfil artır.  Həmçinin bal isti məkanda uzun müddət saxlandıqda da tərkibində sözügedən maddə yranır.

Bu baş verməsin deyə, yaxşı olar ki, çay soyuduqdan sonra ona bal əlavə edəsiniz.

2 yaşına qədər uşaqlara bal verməyin. Bunun səbəbi hələ möhkəmlənməmiş uşaq orqanziminin balın tərkibində olan bakteriyalara qarşı dayanıqlı olmamasıdır.

Bütün şəkər tərkibli məhsullar kimi bal dişlərə zərər verir. Buna görə də bal yedikdən sonra ağzı su ilə yaxalamaq lazımdır.

Bu dadlı, ətirli və faydalı təbii məhsulu qaydasında işlətsəniz o sizə ancaq fayda verəcək.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir