Bakıda qumrular kütləvi şəkildə ölür- Virus, yoxsa zəhərlənmə - FOTO
Hər Şeydən Bir Az

Bakıda qumrular kütləvi şəkildə ölür: Virus, yoxsa zəhərlənmə? – FOTO

Bu gün paytaxtın bir sıra ərazilərində qumruların kütləvi ölümü müşahidə edilib. Quşların hansı səbəbdən öldüyü məlum deyil.

1Arada.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a danışan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sektor müdiri Ramiz Salmanovun sözlərinə görə, quşların qida zəhərlənməsindən ölmə ehtimalı var:

“Bütün hallarda məsələ araşdırılmalıdır. Düşünmürəm ki, bu quş qripi və ya hər hansı virusla bağlı olsun. Elə olan halda regionlardan da müraciətlər daxil olardı. Nəzərə alsaq ki, qumrular tək-tək deyil, ərazilərdə toplu halda müşahidə edilirlər. İlkin ehtimal kimi bunu hər hansı köhnə qidadan, yemlərdən zəhərlənmə kimi qiymətləndirmək olar. Yaxşı olardı ki, o quşlar yaxınlıqdakı zibil qutularına atılsın və ya yandırılsın. Hər hansı virus ehtimalı varsa belə, yayılmasının qarşısı alınsın”.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir