Bakıda qaşıq udan şübhəli şəxs qolu qandallı xəstəxanadan qaçıb
Hər Şeydən Bir Az

Bakıda qaşıq udan şübhəli şəxs qolu qandallı xəstəxanadan qaçıb

Bakıda polisin saxladığı şəxs qolu qandallı xəstəxanadan qaçıb.

1Arada.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə dekabrın 15-də baş verib.

Belə ki, Bərdə rayon sakini, 36 yaşlı Sadıqov Elgün Şakir oğlu Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

O, idarənin müvəqqəti saxlama otağına aparılıb. E.Sadıqov çay içərkən qaşığı götürərək udub. Dərhal E.Sadıqov 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Polis nəzarəti ilə o, həkim müayinəsindən keçib. Müayinə zamanı E.Sadıqov polisin diqqətindən yayınaraq xəstəxananın 4-cü mərtəbəsindən əlində qandal pəncərəni qıraraq qaçıb.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı E.Sadıqov yaşadığı ünvanda aşkarlanıb. Məlum olub ki, saxlanılan şəxs yaşadığı evə gedərək orada yatıb.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir