Bakıda marketdə dəhşətli anlar - Əcnəbi vətəndaş insanların gözü qarşısında öldü
Hər Şeydən Bir Az

Bakıda marketdə dəhşətli anlar – Əcnəbi vətəndaş insanların gözü qarşısında öldü

Bakıda əcnəbi vətəndaş marketdə ölüb.

1Arada.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsinə baş verib. Savalan yaşayış massivində yaşayan, əslən azərbaycanlı olan Türkmənistan Respublikası vətəndaşı Əliyev Maarif Kərim oğlu 31.01.2020-ci il tarixdə, saat 17.00 radələrində Savalan yaşayış massivində yerləşən “Oba” marketdə alış-veriş edərkən ürək tutmasından ölüb. Hadisə marketin müşahidə kameraları tərəfindən qeydə alınıb.

Faktla bağlı hadisə yerinə, meyitə baxış keçirilib, meyit müayinə olunmaq üçün MTE və PA ETT birliyinin Sabunçu rayon şöbəsinə göndərilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir