Bakıda mənzillərin qiyməti ucuzlaşdı
Gözəl Evim

Bakıda mənzillərin qiyməti ucuzlaşdı

Bakıda ötən ay həm təkrar, həm də ilkin mənzil bazarında qiymətlərdə azalma qeydə alınıb.

1Arada.az məlumatına görə daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, noyabr ayı ərzində təkrar mənzil bazarında qiymətlərdə 4.84 faiz, ilkin mənzil bazarında isə 1.57 faiz azalma müşahidə olunub.

Ekspert bildirib ki, ötən illə müqayisədə də təkrar mənzil bazarında azalma qeydə alınıb. Belə ki, təkrar mənzil bazarında azalma 1.4 faiz təşkil edib.

İlkin mənzil bazrında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.87 faiz artım qeydə alınıb.

N.İbrahimovun sözlərinə görə, ötən ay ərzində qiymətlərdə azalma mövsümi xarakter daşıyıb.

O qeyd edib ki, noyabr ayı yağmurlu və tikinti üçün qənaətbəxş ay olmayıb və bu da qiymət azalmasına təsir göstərib.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir