Bakıda karantin rejimi ilə bağlı bəzi qaydalar yumşaldıldı
Hər Şeydən Bir Az

Bakıda karantin rejimi ilə bağlı bəzi qaydalar yumşaldıldı

Xüsusi karantin rejimi ilə bağlı Bakıda bəzi qaydalar yumşaldılıb.

1Arada.az-ın məlumatına görə, sabahdan etibarən paytaxt Bakı şəhərində karantin postlarının sayı minimuma endirilir. Yol patrul xidməti əməkdaşları postlardan çəkiləcək və adi qaydada xidmətlərini davam etdirəcəklər.

Onların yerində isə Post Patrul Xidməti və Daxili Qoşunların əməkdaşları xidmət aparacaq. Bundan əlavə isə daha çox nəzarət tədbirləri küçədə davam etdiriləcək. Polis əməkdaşları, eləcə də bəzi YPX əməkdaşları piyada xidmətə cəlb olunacaq. Onlar küçədə hərəkət edən piyadaların karantin rejiminə əməl etməsinə nəzarəti həyata keçirəcəklər. 

Qeyd edək ki, Bakı şəhəri ərazisində 18 karantin postu qalacaq. Onların yalnız bir neçəsində YPX əməkdaşları olacaq. (avtosfer.az) 

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir