Bakıda insanlar ən çox bu ərazidə yoluxur - DİQQƏTLİ OLUN!
Tibbi Xəbərlər

Bakıda insanlar ən çox bu ərazidə yoluxur – DİQQƏTLİ OLUN!

Bakının rayonları üzrə koronavirusa yoluxma göstəriciləri açıqlanıb.

1Arada.az Redaktor.az-a istinadən bildirir ki, son statistikaya əsasən, ən çox yoluxma Binəqədi, Yasamal, Xətai rayonlarındadır. Binəqədidə yoluxma 12.3 faiz, Yasamalda 12.2 faiz, Xətaidə 12.2 faiz, Sabunçuda 11.7 faiz, Nəsimidə 11.9 faiz, Suraxanıda  9.2 faiz, Nərimanovda 8.8 faiz, Nizamidə 7.9 faiz, Qaradağda 6.0 faiz, Xəzər rayonunda 4.3 faiz, Səbaildə 4.2 faiz, Pirallahıda 0.3 faiz təşkil edib.
Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 13 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7168 nəfər müalicə olunaraq sağalıb, 161 nəfər vəfat edib, 5878 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir