Bakıda daha bir mall fəaliyyətə başlayır - FOTO
Hər Şeydən Bir Az

Bakıda daha bir “mall” fəaliyyətə başlayır – FOTO

Azərbaycanın və Qafqazın böyük ticarət mərkəzlərindən biri sabahdan fəaliyyətə başlayır.

1Arada.az xəbər verir ki, “Dəniz Mall” sabahdan fəaliyyətə başlayır. Bu barədə ticarət mərkəzinin səhifəsində deyilir.

Qeyd olunur ki, ticarət mərkəzinə daxil olarkən koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminə əməl edilməlidir:

“Çox böyük məmnuniyyətlə nəzərinizə çatdırırıq ki, “Dəniz Mall” 1 iyundan fəaliyyətə başlayır. Sizdən ticarət mərkəzinə daxil olarkən koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminə əməl etməyinizi, insanlarla məsafə saxlamağı və maskalardan istifadə etməyi xahiş edirik.

Qeyd edək ki, ticarət mərkəzində yerləşən kinoteatr, əyləncə mərkəzləri və bütün iaşə obyektləri Nazirlər Kabinetinin yanında Operativ Qərargahın qərarına əsasən, bir müddət daha fəaliyyət göstərməyəcək”.

“Dəniz Mall” Dənizkənarı Bulvarın ərazisində yerləşir.

Ticarət mərkəzinin qeyri-adi dizaynı Azərbaycan gerbinin səkkizgüşəli ulduzundan ilhamlanmış londonlu dizayner Çapman Teylor tərəfindən qurulub.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir