Bakıda avtosalonda yanğın baş verib, 1 nəfər tüstüdən zəhərlənib
Hər Şeydən Bir Az

Bakıda avtosalonda yanğın baş verib, 1 nəfər tüstüdən zəhərlənib

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 6000 m² (hər mərtəbəsi 2000 m²) olan üçmərtəbəli avtomobil salonunun birinci mərtəbəsində, təmir sexində “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb. 

Fövqəladə Hallar Nazirliyindən 1Arada.az-a verilən məlumata görə, yanğın zamanı tüstüdən zəhərlənən 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. 

Təmir sexində olan 30 ədəd avtomobil və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir