Bakı Tikiş Evi yayılan xəbərlərdən narahatlığını bildirir
Hər Şeydən Bir Az Redaktorun Seçimi

Bakı Tikiş Evi yayılan xəbərlərdən narahatlığını bildirir

Bakı Tikiş Evi (ASC) bəzi internet resurlarında yayılmış dəqiqləşdirilməmiş məlumatla bağlı narahatlığını bildirir.
1Arada.az-a daxil olan məlumatda bildirilir ki, Bakı Tikiş Evi (ASC) Müdafiə Nazirliyi, DİN və Daxili Qoşunların geyimlərinin istehsalı ilə ölkənin ən çətin günlərində peşəkar fəaliyyəti ilə dövlətə və dövlətçiliyə daim xidmət edib və xidmət etməyə davam edir:
“Ölkəmizdə Karantin qaydalarının yumşaldılması ilə əlaqədar olaraq, müəssisəmiz rəsmi icazə əsasında koronavirusa qarşı müvafiq qorunma tədbirlərini alaraq, azsaylı işçi qüvvəsi ilə fəaliyyətini bərpa edib. 
Fabrik fəaliyyətə başlamazdan əvvəl, Səhiyyə Nazirliyi Sanitariya və Epidemiologiya xidməti tərəfindən dezinfeksiya edilib. Həmçinin profilaktik tədbir olaraq müəssisənin öz təşəbbüsü ilə, əməkdaşlar “COVID19”  testindən keçirilib. 
Yoxlama zamanı şübhəli test nəticələri olan işçilərlə bağlı dərhal bütün tədbirlər görülərək, TƏBİB-ə rəsmi məlumat verilib. TƏBİB tərəfindən müvafiq əməkdaşlarımız, dövlət tərəfindən təyin olunmuş karantin bölgələrindən birinə yerlədirilib. 
Qeyd etmək istərdik ki, fabrikin fəaliyyəti Karantin rejiminin yumuşaldılmasından sonra bərpa edildiyindən kütləvi yoluxma halları müəssisə daxilində baş verməyib.  
İşçilərimizin vəziyyəti stabildir və heç bir ağırlaşma halı yoxdur. TƏBİB-dən bizə verilən məlumata əsaslanaraq deyə bilərik ki, önümüzdəki həftənin ilk yarısında yekun müayinələr aparılaraq, onlar uyğun qərar əsasında evə yola salınacaqlar.
Son olaraq qeyd etmək istərdik ki, bundan əvvəl mövzu ilə bağlı müəssisəmiz haqqında yayılan bütün xəbər və məlumatlar əsassızdır!”

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir