Bakı metrosundan 24-30 yaş arasında olan kişilər və qadınlara ŞAD XƏBƏR
Hər Şeydən Bir Az

Bakı metrosundan 24-30 yaş arasında olan kişilər və qadınlara ŞAD XƏBƏR

1Arada.az xəbər verir ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin seçimi prosesinin başlandığını elan edir.

Sfera.az  xəbər verir ki, seçimdə iştirak etmək istəyən namizədə dair tələblər aşağıdakı kimidir:

• yaşı 24-30 arasında olan kişilər və qadınlar;

• ali texniki və orta texniki təhsilli, ilk peşə ixtisaslı;

• kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə).

Seçim məntiq, müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq. Mərhələləri uğurla keçən namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar.

Tədris həm nəzəri, həm də praktiki hissələrdən ibarət olmaqla 5-6 ay davam edəcək. Tədris prosesi nəzəri və praktiki məşğələlərdən ibarətdir.

Hər təlim-tədris mərhələsinin sonunda müdavimlər imtahanlara cəlb olunacaq və uğur qazanacağı təqdirdə kursu davam etdirəcəklər.

İddiaçılar “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olaraq, “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.

Elektron müraciət doldurularkən, iddia etdiyiniz peşə kimi “maşinist” göstərilməlidir.

Elektron ərizələr 31 yanvar 2020-ci il tarixinə qədər qəbul edilir. (baku.ws)

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir