Bərbər və gözəllik salonlarına gedənlərə XƏBƏRDARLIQ - RƏSMİ
Hər Şeydən Bir Az

Bərbər və gözəllik salonlarına gedənlərə XƏBƏRDARLIQ – RƏSMİ

1Arada.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bərbər və gözəllik salonuna gedənlərə koronavirusdan qorunmaq üçün bəzi tövsiyələr verib. Tövsiyələrdə bu iaşə obyektlərinə getmədən öncə qəbul saatı almağın vacibliyi qeyd olunub. 

“Gedərkən mütləq maska taxılmalı, məkanda olan müddətdə ehtiyac olmadıqca maska çıxarılmamalı, maskanın doğru istifadə qaydalarına riayət edilməlidir. Məkana çatan kimi su və sabunla əllər yuyulmalı və ya spirt əsaslı məhluldan istifadə olunmalıdır.

İnsanlar arasında ən azı 3-4 addım məsafə saxlanılmalıdır. Səthlərə və ortaq istifadə ilə qoyulan qəzet, jurnal və s. əşyalara toxunulmamalı, toxunulsa da, əllər su və sabunla yuyulmalı və ya spirt əsaslı məhluldan istifadə edilməlidir.

Yemək-içmək üçün heç nə istənilməməlidir. Dəsmalların və ya istifadə olunan alətlərin birdəfəlik istifadə olunduğuna diqqət edilməlidir. Əşyalar daha öncə istifadə edilibsə, personala xəbərdarlıq edilməlidir.

Sizə hansı insanların xidmət etdiyini qeyd edin. Bununla sizin və ya xidmət personalının COVID-19 testinin pozitiv çıxacağı halda, təmaslarının aşkarlanması daha asan olacaq. Mümkün olduğu qədər kredit kartı və ya bank kartı ilə təmassız ödəniş edin”, – TƏBİB-in xəbərdarlığında bildirilir. 

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir