Bədən Üçün Ən İdeal Çəki
Gözəllik və Dəb Qadın Uşaq Kişi Redaktorun Seçimi

Bədən Üçün Ən İdeal Çəki

90-60-90 kiminin zarafat mövzusu, kiminin xəyalları, kiminin də sahib olduğu xoşbəxtlik. İdeal bədən ölçülərinin standartları əsrlərdir dəyişilməz olaraq qalır. Fit olmaq üçün idman zalında saatlarla vaxt keçirməkdən öncə ideal çəkinizi müəyyən etməlisiz. Elə indicə əlinizdəki şokoladı kənara qoyub məsləhətimizə qulaq asın.

Belə bir deyim var: “Qarın başın bəlasıdır”. Təbii ki, insan yeməsə yaşaya bilməz. Amma sağlam yesə daha çox yaşayar. Hər kəsə məlumdur ki, müasir dövrdə süfrəmizə mənşəyi bəlli olmayan süni qidalar ayaq açıb. Bu qidalar nəinki gözəl görünüşümüzü, heç normal bədən ölçülərimizi də saxlamağa imkan vermir.

Bütün gün yeyib–içib sabahdan pəhrizə başlayacağına söz verənlər, istədiyiniz nəticə üçün düzgün diyetdən də vacib doğru qidalanmaq və idman etməlisiniz.

Fit görünmək üçün əsas vasitə əlbəttə ki, idmandır.

İnternetdən araşdırdığınız pəhrizlərə o qədər də arxayın olmayın. İstənilən pəhrizlə çəki atmaq əzələ kütləsinin azalması hesabına baş verir. Bu da orqanizmdə metabolizm prosesini ləngidir. Çəki itir, amma fiqura əhəmiyyətli dərəcədə dəyişmir. Siz bu dəyişikliyi bir müddət sonra sağlamlığınızda hiss edirsiniz. Elə buna görə də arıqlamaq və ya kökəlmək yolunda cəhdinizi düzgün üsulla etməlisiz.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir