Azərbaycanlı həkim dünyanın 6 nevroloqundan biri seçildi — 5,3 milyon avro mükafat aldı
Həkimlər

Azərbaycanlı həkim dünyanın 6 nevroloqundan biri seçildi — 5,3 milyon avro mükafat aldı

Danimarkada yaşayan azərbaycanlı həkim, Dünya Baş Ağrıları Cəmiyyətinin sədri Məsud Aşina nüfuzlu Lundbeck Fondu tərəfindən 5,3 milyon avro məbləğində mükafata layiq görülüb. 

1Arada.az  Report-a istinadla xəbər verir ki, bununla bağlı Danimarkanın Lundbek Fondunun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, fond tərəfindən, ümumilikdə, dünyanın altı aparıcı nevroloqu ümumi dəyəri 232 milyon Danimarka kronu (30 milyon avrodan çox) məbləğində mükafatla təltif edilib. Onlardan biri də Danimarkada yaşayan azərbaycanlı həkim M.Aşinadır.

Qeyd edək ki, M.Aşina 1965-ci ildə Bakıda anadan olub. O, 1988-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb.

Hazırda Kopenhagen Universitetinin nevrologiya üzrə professoru və baş məsləhətçisi vəzifəsində çalışır. Eyni zamanda, Danimarka Başağrısı və Nevrologiya Mərkəzinin və İnsan Migren Araşdırmaları Mərkəzinin rəhbəridir.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir