Azərbaycanlı cərrahdan unikal rekord
Tibbi Xəbərlər

Azərbaycanlı cərrahdan unikal rekord

Azərbaycan əsilli rusiyalı oftalmoloq-cərrah Emin Usubov rekorda imza atıb.
1Arada.az modern.az-a istinadən xəbər verir ki, Başqırdıstanın Ufa şəhərində Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda çalışan azərbaycanlı cərrah 1 gündə gözdə keçirilən əməliyyatların sayına görə Rusiya rekordunu təzələyib. 2002-ci ildən İnstitutda çalışan azərbaycanlı yüksək səviyyətli oftalmoloq-cərrah hesab olunur.
Ölkə başçısı Radiy Xabirovun göstərişi ilə həkim briqadası ilə birlikdə İşimbay Mərkəzi Rayon Xəstəxanasına gələn Usubov 1 sutkada 56 nəfər yerli sakinin gözündə əməliyyat aparıb. Bununla da o, həmkarı Renat Kazakbayevin (50 əməliyyat) rekordunu təzələyib. İşimbayda azərbaycanlı cərrah yaxın 1 həftədə 150 əməliyyat keçirməyi planlaşdırır.
Xatırladaq ki, 2016-cı ilin aprelində Ufada Emin Usubov hücuma uğramışdı. Çənəsi qırılan və ağır bədən xəsarətləri alan həkim 1 həftədən çox komada qalıb. Hücumun milli zəmində törədildiyi müəyyən olunmuşdu. 

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir