Azərbaycanda-tibbi-maska-istehsalı-müəssisəsi-açılır
Hər Şeydən Bir Az

Azərbaycanda tibbi maska istehsalı müəssisəsi açılır

“Həm koronavirusun, həm dünya bazarlarında neftin qiymətlərinin dəyişməsindən irəli gələrək, biz il ərzində iqtisadi fəallığın dəstəklənməsi alətlərini araşdırırıq”.  

1Arada.az Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov dilə gətirib.  

Onun sözlərinə görə, bunlardan biri də yerli istehsalın artırılması, yerli istehsala əlavə sifarişlərin verilməsi, o cümlədən, dövlətin resurslarından, maliyyə vəsaitlərindən istifadə etməkdir.  

Son vaxtlar istehlak bazarında tibbi vasitələrə, spirt və tibbi maskalara tələbatın artmasından söz açan nazir qeyd edib ki, hazırda bu məhsulların təchizatında heç bir problem yoxdur.  

M.Cabbarov vurğulayıb ki, yaxın həftələrdə tibbi maskaların istehsalı üzrə müəssisə işə düşəcək:

“Ölkəmizdə irihəcmli tibbi maska istehsal edən müəssisələr fəaliyyətə başlayacaq. Avadanlıqlar alınıb”.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir