Azərbaycanda orta məktəbdə yanğın - şagirdlər təxliyə olundu
Hər Şeydən Bir Az

Azərbaycanda orta məktəbdə yanğın – şagirdlər təxliyə olundu

Qubada məktəbdə yanğın olub. 

1Arada.az bildirir ki, bu barədə “Report”a rayon Təhsil Şöbəsindən məlumat verilib. 

Bildiririb ki, 13 dekabr 2019-cu il tarixində Quba rayonunun Tülər kənd ümumi orta məktəbinin çardağında 14:15 radələrində yanğın hadisəsi baş verib. Məktəb rəhbərliyi tərəfindən dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin şimal regional idarəsinə məlumat verilib.

Yanğın hadisəsi baş verərkən məktəbin ikinci növbəsində II və III siniflərində təhsil alan 21 şagird təcili təxliyə olunub, heç bir uşaq xəsarət almayıb. Dərhal görülən tədbirlər nəticəsində məktəbin birinci mərtəbəsi yanğından mühafizə olunub.

Bu məktəbdə təhsil alan şagirdlərin yaxınlıqdakı Aşağı Tüləkəran kənd tam orta məktəbiində tədrisə cəlb olunması nəzrtdə tutulur.

Qeyd edək ki, Tülər kənd ümumi orta məktəbində 100 şagird təhsil alır, 16 müəllim və 8 texniki işçi çalışır.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir