Azərbaycanda koronavirusun yox olacağı tarix açıqlandı
Hər Şeydən Bir Az Xəstəliklər

Azərbaycanda koronavirusun yox olacağı tarix açıqlandı

Sinqapur Texnologiya və Dizayn Universitetinin (SUTD) alimləri süni intellektə əsaslanaraq dünyada və ayrı-ayrı ölkələrdə koronavirusun yox olacağı tarixi açıqlayıblar.

1Arada.az “qafqazinfo”ya istinadən xəbər verir ki, məlumata görə, koronavirus dünyada mayın 30-da 97%, iyunun 17-də 99%, dekabrın 8-də isə 100% yox olacaq.

Azərbaycana gəlincə, alimlərin fikrincə koronavirus mayın 6-dək 97 faiz, mayın 17-si 99 faiz, iyun ayının 14-ü isə tamamilə yox olacaq.

Qonşu ölkələrdə isə vəziyyət belədir:

Rusiyada koronavirus mayın 20-də 97%, mayın 28-də 99 %, iyulun 20-də 100%

Türkiyədə mayın 17-də 97%, mayın 29-da 99%, avqustun 12-də isə 100%

İranda mayın 20-də 97%, iyunun 9-da 99%, oktyabrın 22-də 100%

Gürcüstanda mayın 13-də 97%, mayın 23-də 99%, iyunun 6-da isə 100%

Ermənistanda iyunun 11-də 97%, iyunun 29-da 99%, avqustun 20-də isə 100% yox olacaq.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir