Azərbaycanda koronavirusun pik dövrü açıqlandı - RƏSMİ
Tibbi Xəbərlər

Azərbaycanda koronavirusun pik dövrü açıqlandı – RƏSMİ

“Azərbaycanda koronavirusa yoluxmada pik dövrün yaşanması ötən həftə baş verib”.

1Arada.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, ötən həftə yeddi nəfər koronavirusdan ölüb:

Son həftə ərzində – mayın 16-da 158 nəfərdə koronavirusa yoluxma halı qeydə alınmaqla, pik dövr olub.

Keçən həftə 755 nəfər koronavirusa yoluxub. Bu həftə isə 581 nəfərdə koronavirusa yoluxma halı aşkar edilib. Hələ də koronavirusa yoluxma hallarının intensivliyinin yüksək olduğunu görürük”.

“Həftənin digər günləri ilə müqayisədə dalğalanmalar olub. Ona görə də vəziyyətin sabitliyi haqqında tam fikir söyləmək çətindir. Növbəti həftədə virusdan sağalanların sayının daha çox olacağını gözləyirik”, – deyə o qeyd edib.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir