Azərbaycanda koronavirusdan ölənin dəfn qaydası açıqlandı
Hər Şeydən Bir Az

Azərbaycanda koronavirusdan ölənin dəfn qaydası açıqlandı

Ötən gün koronavirusdan ölən qadının dəfn mərasimi mütəxəssislərin nəzarəti altında keçiriləcək.
1Arada.az bildirir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan “MediaPost”un sorğusuna cavab olaraq bildirilib.

“Çox güman ki, mərasim qapalı və məhdud şəkildə olacaq. Mərhumun ailə üzvləri dəfndə hansısa şəkildə iştirak edə bilər, amma buraxılıb-buraxılmayacaqları barədə dəqiq məlumat yoxdur. Bu, mütəxəssislərin rəyindən asılıdır. Vəfat edən şəxs çox güman ki, Səhiyyə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və digər mütəxəssislərin iştirak etdiyi xüsusi komissiyanın nəzarəti ilə dəfn olunacaq. Dəfn mərasimində vəziyyətə uyğun olaraq mütəxəssislərin rəyinə əməl olunmalıdır. Mərhumun nə vaxt dəfn olunması məsələsi isə qərargahın predmeti deyil”, – məlumatda qeyd olunub.
Xatırladaq ki, ötən gün İran İslam Respublikasında müalicə olunduqdan sonra qayıdan Azərbaycan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü qadının koronavirusdan dünyasını dəyişib. Xəstənin ünsiyyətdə olduğu ailə üzvləri və digər şəxslər müəyyən edilib, onlar karantinə götürülüb.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir