Azərbaycanda karantin rejimi yenidən uzadılır - AÇIQLAMA
Hər Şeydən Bir Az

Azərbaycanda karantin rejimi yenidən uzadılır – AÇIQLAMA

Ukraynada karantin rejimi noyabrın 1-dək uzadılıb. Azərbaycanda sərt və ümumi karantin rejiminin sentyabrın 1-də bitməsi nəzərdə tutulur. Lakin karantin rejimin yenidən uzadılması ehtimalı böyükdür. Çünki yoluxanların sayı 3 rəqəmdən aşağı düşməyib. Bundan əlavə gündəlik yoluxanların sayı sağalanlardan xeyli çoxdur.

1Arada.az xəbər verir ki, bununla bağlı fikirlərini KONKRET.az-a bölüşən deputat Ramil Həsən bildirib ki, 13 şəhər və rayonda sərt karantin rejimi sentyabrın 1-nə kimi uzadılmışdı:”Eləcə də bütün ölkə üzrə tətbiq edilən ümumi karantin rejiminin də sentyabrın 1-i bitməsi nəzərdə tutulur. Sentyabrın 1-dən sonra Operativ Qərargah son günlər yoluxanların sayının artma, azalma və sağalma dinamikasını, bu xəstəlikdən gündəlik ölənlərin sayını nəzərə alaraq bundan sonrakı mərhələ üçün qərarlarını verəcəkdir. Bu qərarlar vətəndaşlarımızın təhsillə, iş yerlərin açılması və rayonlara-gediş gəlişin təmin edilib-edilməməsini özündə ehtiva edəcək. Mənə gəlir ki, bu qərar yaxın bir neçə gündə açıqlanacaq. Biz arzu edərdik ki, son bir neçə gündə sağalanların sayı artsın, yoluxanların sayı kəskin düşsün. Ölüm sayları ümümiyyətlə olmasın”.

Milli Məclisin üzvü “COVİD 19″un yox olması ilə bağlı danışmağın hələ tez olduğunu deyib:

“Ən azından koronavirusla mübarizə çərçivəsində lazım tədbirləri alaraq müəyyən yumşalmaların olmasını arzu etməkdəyik. İş yerlərimiz açılsın. Cənab prezident vurğuladı ki, Azərbaycanda sahibkarlar ölkə iqtisadiyyatına sərmayə yatırıb, yeni iş yerlərin açılamasında iştirak etsin. Yeni müəssisələr fəaliyyətə başlasın. Ali və orta məktəblər, baxçalarla bağlı qaydalar müəyyənləşərək açılsın. Beləliklə də övladlarımızın təhsillə bağlı qarşılaşdığı problemlər ortadan qalxsın. Bu arzularımızın gerçək ola bilməsi üçün və koronavirusla bir müddət hələ də yaşayacağımızı göz önünə alaraq yeni sosial məsuliyyətimizi dərk etməliyik. Düşünürəm ki, yoluxanların sayı azalarsa, növbəti mərhələ üçün qərar da ona uyğun veriləcək. Koronavirusla mübarizə hələ dünyada davam etdiyi üçün, ölüm halları 820 mini, yoluxanların sayı isə 24 milyonu ötdüyü üçün qonşu ölkələrimiz karantin rejiminin yenidən sərtləşdirilməsi ilə bağlı qərarlar qəbul etdi”.

Ramil Həsən fikrini belə tamamlayıb:

“Bütün bunları nəzərə alaraq bildirim ki, bizdə də karantin rejimi yenidən uzadılacaq. Amman sərt karantin rejiminə sentyabrın 1-dən sonra da davam edib-etməyəcəyimiz barədə Operativ Qərargah tərəfindən veriləcək qərardan sonra biləcəyik. Hər birimizi qoyulan qaydalara əməl etməyə çağırıram”.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir